"Aris"in "Neftçi" ilə oyunlar üçün iştirak ərizəsi bəlli oldu

"Aris"in "Neftçi" ilə oyunlar üçün iştirak ərizəsi bəlli oldu

Kiprin "Aris" klubu "Neftçi"yə qarşı keçirəcəyi Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Fanat.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Aleksey Şpilevskinin siyahısında 21 futbolçu yer alıb.

Qapıçılar: 1. Vana (Braziliya), 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu Müdafiəçilər: 3. Kaju (Braziliya), 4. İsmael Patrik Yandal (Kamerun), 5. Kostas Pileas, 13. Delmiro Evora Naskimento (Kabo-Verde), 20. Stiv Yaqo (Fransa), 30. Aleks Muketu-Mussunda (Qabon), 31. Frants Brorsson (İsveç), 65. Yanis Dede Lomme (Fransa) Yarımmüdafiəçilər: 8. Morqan Braun (İngiltərə), 10. Matiya Şpolyariç, 37. Yulius Syoke (Slovakiya), 58. Yevgeni Yablonski (Belarus) Hücumçular: 9. Daniel Sikorski (Avstriya), 14. Artur Yannik Qomis (Seneqal), 21. Mixlali Mayambela (CAR), 27. Martin Sloqar (Xorvatiya), 72. Floriss Cave, 80. Şevi Babiçka (hər ikisi Qabon)

Qeyd edək ki, "Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər