Arif Əsədov: "Neftçi"nin ən böyük üstünlüyü..."

Arif Əsədov: "Neftçi"nin ən böyük üstünlüyü..."

"Neftçi"nin sabiq kapitanı və baş məşqçisi Arif Əsədov paytaxt təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə düşmək şanslarını yüksək dəyərləndirib. Fanat.az-a verdiyi açıqlamada istedadlı mütəxəssis fikirlərinə bir neçə səbəb göstərib.

Əsədov ilk növbədə "Neftçi"nin səfərdə vurduğu qolların əhəmiyyətindən danışıb: "Ağ-qaralar" səfərdə 2 top vurub. Bu, böyük üstünlükdü. İndi Serbiyada başlanan işi Bakıda bitirmək lazımdı. Ancaq hesab edirəm ki, "Neftçi" başıalovlu hücuma atılmalı deyil. Çünki "Partizan"ın hücum potensialını gördük. Bu səbəbdən də müdafiəni unutmaq olmaz. Nəzərə alsaq ki, komandamıza 10 minlərlə insan da tribunadan dəstək olacaq, bunun da əlavə üstünlük olduğunu bildirməliyəm. Təəssüf ki, Nikolos Kanales hələ ki, ideal formada deyil. Deyə bilmərəm, çilili forvard ilk dəqiqələrdən döyüşə atılacaq, yoxsa sonradan meydana çıxacaq. Onun hazırkı durumunu baş məşqçidən yaxşı heç kim bilmir. Sadəcə, onu qeyd edə bilərəm ki, Kanales və Nfor fərqli oyunçulardı. Kanalesin qol duyumu möhtəşəmdi. Nfor isə əzmkardı. Lakin bir faktor da var ki, onu daha önəmli hesab edirəm. Söhbət "Neftçi"nin futbolçularının Avropa təcrübəsindən gedir. Heyətin böyük əksəriyyəti kifayət qədər beynəlxalq oyunda iştirak edib. Bu, əvəzolunmazdı! Hətta deyərdim ki, həlledici rol oynaya bilər. Hesab edirəm ki, "Neftçi" tarixində 2-ci dəfə Avropa Liqasının qrup mərhələsinə düşməyi bacaracaq. "Ağ-qaralar" buna qadirdi. Ancaq futbolda bəxt amilini də unutmaq olmaz. Ümid edək ki, bu axşam "Neftçi" və bəxt eyni yolda olacaqlar".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər