Arda Güler sabahkı matçda oynayacaqmı? - Ançelotti türkdən danışdı

Arda Güler sabahkı matçda oynayacaqmı? - Ançelotti türkdən danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti zədəsini yeni sağaldan Arda Gülerin son durumundan danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" italiyalı mütəxəssisin dediklərini belə çatdırıb:  "Ardanın bir qədər ritm çatışmazlığı var. Onun bizim oyun üslubumuza alışması lazımdır. Arda çox bacarıqlı gəncdir, böyük istedaddır".

İspaniya mətbuatında  Ardanın adının sabah "Las Palmas"a qarşı keçiriləcək matçın iştirak ərizəsinə salınacağı barədə məlumatlar dərc olunub.

Xatırladaq ki, yayda "Fənərbağça"dan alınan 18 yaşlı türk zədə səbəbindən "Kral klubu"nda debüt etməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər