“Araz-Naxçıvan”la “Neftçi” darmadağına üzüldülər

“Araz-Naxçıvan”la “Neftçi” darmadağına üzüldülər

Əvəzedicilər Liqasında 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 2 görüş baş tutub.

“Araz-Naxçıvan-2” “Sumqayıt-2” ilə ev oyununda 6 cavabsız qolla uduzub. “Neftçi-2” də “Qəbələ-2” ilə oyunda darmadağına üzülüb.

Əvəzedicilər Liqası 20-ci tur 29 yanvar

“Araz-Naxçıvan-2” – “Sumqayıt-2” 0:6 Qollar: Qabil Əlizadə, 36, 45. Tural Axverdiyev, 55. Əjdər Hacılı, 70. Nadir Orucov, 84. Rüstəm Hümbətov, 88. Binə qəsəbə stadionu, 14:00.

“Neftçi-2” – “Qəbələ-2” 1:4 Qollar: Turan Vəlizadə, 79-pen - Sənan Ağalarov, 21. Emil Süleymanov, 27; 41. Xəyyam Məmmədli, 77. “Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.

Turun digər oyunları:

“Turan Tovuz-2” – “Səbail-2” 5:1 “Zirə-2” – “Sabah-2” 3:4 “Qarabağ-2” – “Kəpəz-2” 1:2

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər