"Araz-Naxçıvan" - "Sabah" matçı yarımçıq dayandırıldı - İlginc səbəb

"Araz-Naxçıvan" - "Sabah" matçı yarımçıq dayandırıldı - İlginc səbəb

Bu gün Gənclər Liqasında keçirilən "Araz-Naxçıvan" - "Sabah" matçı yarımçıq dayandırılıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb Aviasiya Akademiyasının stadionunda keçirilən oyunda polisin olmamasıdır.

Halbuki, qarşılaşmanın startı ərəfəsində asayiş keşikçiləri stadiona gəliblər. Ancaq onlar 17-ci dəqiqə çıxıb gediblər. Əldə etdiyimiz bilgiyə görə, polislər təcili xidməti çağırışa yollanıblar.  Belədə AFFA nümayəndəsi əsasnaməyə uyğun olaraq, oyunu yarımçıq dayandırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər