Aqueronın taleyinə sabah aydınlıq gələcək - Vida qaçılmaz görünür

Aqueronın taleyinə sabah aydınlıq gələcək - Vida qaçılmaz görünür

Serxio Aquero futbolçu kimi karyerasına davam edib-etməyəcəyinə çərşənbə günü "Barselona"nın prezidenti Xuan Laporta ilə birgə mətbuat konfransında aydınlıq gətirəcək. 

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi bu barədə rəsmi açıqlama yayıb. 

Jurnalist Fabritsio Romano argentinalı hücumçunun ürək şikayətləri səbəbindən karyerasını başa vuracağını elan edəcəyini təsdiqləyir. İtaliyalı jurnalist bir ay əvvəl Aqueronın karyerasını bitirmək məcburiyyətində qaldığını yazmışdı. Aqueronın taleyinə sabah aydınlıq gələcək - Vida qaçılmaz görünür Qeyd edək ki, ulduz futbolçu oktyabrın 30-da "Deportivo" ilə ev oyununda (1:1) fasiləyə az qalmış əvəzlənib. Hücumçu 41-ci dəqiqədə yerə yıxılaraq sinəsini və boynunu tutub, onun nəfəs almasında problem olduğu ortaya çıxıb. Xərəyə uzanmaq istəməyərək sakitcə meydandan çıxsa da, "Barselona"nın tibbi heyətinin soyunub-geyinmə otağındakı müayinəsindən sonra onun xəstəxanaya aparılmasına qərar verilib. "Camp Nou"da ikinci hissənin gedişində isə "LaTdT"nin kameraları hücumçunun stadiondan xəstəxanaya necə aparıldığını yayımlayırdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər