APOEL-lə "Qəbələ"nin futbolçuları arasında dava

APOEL-lə "Qəbələ"nin futbolçuları arasında dava
UEFA Gənclər Liqasının ilk mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutan "Qəbələ” - APOEL görüşündən sonra qarşıdurma yaşanıb. 
 
Fanat.Az sport24.az-a istinadən xəbər verir ki, final fiti səsləndikdən sonra qələbəni çılğınlıqla bayram edən qonaq komandanın futbolçuları və rəsmiləri ilə "qırmızı-qaralar”ın bir neçə oyunçusu arasında dava düşüb. 
Yalnız meydana "Qəbələ” akademiyasının rəhbər şəxsləri daxil olduqdan sonra aranı sakitləşdirmək mümkün olub.
Hadisələri yaxından izləyən görüşün baş hakimi "Qəbələ”nin futbolçusu Veysəl Rzayevə birbaşa qırmızı vərəqə göstərib. Buna səbəb azərbaycanlı futbolçunun rəqib düşərgədən kiminsə başına şapalaq vurması olub.
Qeyd edək ki, ilk oyunda səfərdə APOEL-lə 1:1 hesablı bərabərliyə müyəssər olan "Qəbələ” doğma "divarlar arası”nda 0:1 yenilərək turnirdəki iştirakını başa vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər