"İnter"in yeni baş məşqçisi rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, Antonio Konte ilə 3 illik müqavilə bağlanılıb. 49 yaşlı mütəxəssis yeni vəzifədə Luçano Spalettini əvəzləyib.
Qeyd edək ki, Antonio Konte əvvəllər "Yuventus", İtaliya milli komandası və "Çelsi"nin baş məşqçisi kimi çalışıb. "İnter" 2018/19 mövsümündə A Seriyasını 69 xalla 4-cü yerdə başa vurub və Çempionlar Liqasına vəsiqə qazanıb.
Fanat.Az