Ansi Aqollidən Azərbaycan dilində mesaj - FOTO

Ansi Aqollidən Azərbaycan dilində mesaj - FOTO
"Qarabağ”ın sabiq müdafiəçisi Ansi Aqolli "Instagram"da Azərbaycan dilində paylaşım edib.
Fanat.Az xəbər verir ki, alban müdafiəçi Ağdam klubundan ayrılmasının bir illiyi münasibəti ilə paylaşım edərək, sabiq klubuna sadiqliyini nümayiş etdirib:
"Bir il əvvəl bu gün "Qarabağ”la son oyunumu oynamışam. O vaxtdan bəri heç nə dəyişmədi. Mən səni sevirəm, Qarabağ”.
Qeyd edək ki, Ansi bu mesajı hazırda karyerasını davam etdirdiyi ABŞ-dan yazsa da, paylaşım yeri kimi Ağdam şəhərini qeyd edib.
Onu da qeyd edək ki, Aqolli hazırda ABŞ-ın "Nyu York Kosmos" klubunda top qovur. 
Fanat.Az
Ansi Aqollidən Azərbaycan dilində mesaj - FOTO
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər