Anqolalı hücumçu Alexandre Kriştovao çıxış etdiyi "Keşlə" klubunun icazəsi olmadan Azərbaycanı tərk edərək Niderlanda yollanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan" məlumat yayıb.
A.Kriştovao şəxsi məsələlərə görə ölkədən çıxmasına icazə verilməsi ilə bağlı klub rəhbərliyinə müraciət etsə də, onun istəyi təmin olunmayıb.
Bundan sonra anqolalı forvard Azərbaycan ərazisini tərk etməyə qərar verib.
"O, uzun müddət ailəsini görmək, bəzi işlərini həll etmək istəyirdi. Lakin sərhədlər koronavirus pandemiyası səbəbindən bağlandığı üçün bunu edə bilmirdi. Klub ölkəni tərk etməsinə icazə verməsə də, o, fərqli qərar qəbul edib", - deyə "Keşlə"dən bildirilib.
Qeyd edək ki, futbolçunun cəzalandırılmasına dair qərar bazar ertəsi və ya çərşənbə axşamı günü veriləcək.
Fanat.Az