Andrea Pirlo Portuqaliyada çalışa bilər

Andrea Pirlo Portuqaliyada çalışa bilər

Ötən mövsüm "Yuventus"u çalışdıran, hazırda isə işsiz olan Andrea Pirlo Portuqaliyaya üz tuta bilər.

Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Pirlo "Benfika"nın diqqət mərkəzindədir. 

Onun "Milan"dakı keçmiş komanda yoldaşı, hazırda "Benfika"nın prezidenti olan Ruy Koştanın italyalı mütəxəssislə əlaqə saxladığı iddia edilir. 

Hazırki baş məşqçi Xorxe Jesusunun cümə axşamı "Porto" ilə matçdan sonra postundan qovulacağı gözlənilir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər