Anar Bəkirov "Neftçi" ilə oyun haqda danışdı

Anar Bəkirov "Neftçi" ilə oyun haqda danışdı

"Simurq"un prezidenti Anar Bəkirov "Qəbələ" üzərində qələbədən sonra "Neftçi"yə qarşı XIII turda baş tutan oyun haqda fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, Zaqatala klubunun başçısı "ağ-qaralar"ın hakim narazılığına cavab verib.

Bəkirov fikirlərini bu cür izah edib: "Eşitdiyimə görə, "Neftçi" düşərgəsində hakimlikdən narazılıqlar olub. Ancaq mənə görə ədalət təmsilçiləri oyunu normal idarə ediblər. Lazım gəlsə, biz də bəzi epizodları nümayiş etdirib, referinin "Neftçi"nin futbolçularına qırmızı vərəqə verməli olduğunu ortaya qoya bilərik. Yeri gəlmişkən, onu da qeyd edim ki, ötən mövsüm biz də "Neftçi"yə hakim səhvlərinə görə məğlub olmuşuq".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər