Amerikalı atletdən yeni dünya rekordu

Amerikalı atletdən yeni dünya rekordu

Amerikalı atlet Sidni Maklaflin 400 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 23 yaşlı idmançı ölkəsində keçirilən dünya çempionatında məsafəni 50,68 saniyəyə qət edərək yarışın qalibi olub və özünə məxsus rekordu yeniləyib.

Maklaflin iyunda ABŞ çempionatında məsafəni 51,41 saniyəyə qət etmişdi.

Qeyd edək ki, Maklaflin ikiqat Olimpiya çempionudur. O, Tokio Olimpiadasında həm 400 metr məsafəyə maneələrlə qaçışda, həm də 4x400 metr estafet yarışında qızıl medal qazanıb. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər