Azərbaycanın U-15 və U-16 yığmalarının baş məşqçisi Vüqar Məmməd Türkiyənin "Altınordu" klubunun Mətin Oktay peşə məktəbini ziyarət edib. Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Vüqar Məmmədov açıqlamasında bildirib ki, iki ildi "Altınordu"nu izləyirlər: "Klubun prezidenti Mehmet Özkana qapılarını bizim üçün açdığına görə təşəkkür edirik. Burda çox gözəl sistem var. Bu sistemin necə işlədiyinə dair bilgi almaq üçün bura gəlmişik".
"Trabzonspor" və "Beşiktaş"ı da izlədiklərini bildirən baş məşqçi "Altınordu"nun akademiyasında sistemin çox yaxşı olduğunu gördük. 33 milli futbolçu yetişdirdilər. Daha öncə burdan milli komandamıza 3 futbolçu dəvət etmişdik. "Altınordu" ilə münasibətlərimiz çox yaxşıdı. Bu klubun modelini Azərbaycanda tətbiq edəcəyik" deyib.
Fanat.Az