"Portu"nun hücumameyilli yarımmüdafiəçisi Fransisko Konseysau "Bayern Münhen"in hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, bu barədə "Record" məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya nəhəngi “əjdahalar”la mümkün transfer ilə bağlı danışıqlara başlayıb. Konseysaunun müqaviləsində onun iyulun 15-dək 30 milyon avroya alına biləcəyi ilə bağlı bənd var. Bu tarixdən sonra razılaşmadakı məbləğ 15 milyon artacaq. Buna görə də münhenlilər danışıqları sürətləndiriblər.
Fransisko ötən mövsüm "Portu"nun heyətində 43 oyun keçirib. Vinger bu görüşlərdə 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Mirağa