Azərbaycan millisinin sabiq qapıçısı Aleksandr Jidkov I Liqa təmsilçisi "İrəvan"la yollarını ayırıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Nazim Süleymanovun çalışdırdığı komandada qapıçılarla işləyən məşqçi işləyən Jidkov şərtlər ürəyincə olmadığı üçün belə qərar verib.
Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, o, maaşların vaxtında verilməməsinə görə işindən ayrılıb. Hətta geridə qalan müddətdə "İrəvan"da heç kimə maaş verilmədiyi bildirilir.
Qeyd edək ki, Jidkovun Bakıya gəlişində əsas təşəbbüskar komandanın yeni baş məşqçisi Nazim Süleymanov olmuşdu. Məhz onun istəyi və dəvəti ilə Jidkov sentyabrda "İrəvan"a gəlmişdi.
Mirağa