AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.

Fanat.Az xəbər verir ki, ölkəmizi sözügedən turnirdə təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxıb.

Mərhələ məhz Azərbaycanın gümüş mükafatçısının oyunu ilə start götürüb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivi ilə qolsuz heç-heçəyə razı olub.

Tərəflər arasındacavab görüşü iyulun 30-da Sofiyada keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" ÇSKA səddini keçəcəyi halda, növbəti mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Cütün məğlubu isə mübarizəni Konfrans Liqasında davam etdirəcək ki, 3-cü təsnifat mərhələsində rəqib “Dinamo Kiyev” (Ukrayna) – PAOK (Yunanıstan) cütünün qalibi olacaq.

UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 23 iyul

Qarabağ – ÇSKA Sofiya 0:0  Hakimlərakim: Daniele Çiffi, Ciovanni Baççini, Alessandro Lo Çiçero (hamısı İtaliya).  VAR: Valerio Marini (İtaliya). AVAR: Federiko La Penna (İtaliya). Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi  Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov

Baş məşqçi: Qurban Qurbanov, 

ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28.  İoannis Pittas, 9. Leandro Qodoy

Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet

Baş məşqçi: Xristo Yane

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər