AL: "Qarabağ" adını növbəti mərhələyə yazdırdı

AL: "Qarabağ" adını növbəti mərhələyə yazdırdı

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, Azərbaycanı sözügedən turnirdə təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İslandiyada "Vestri" ilə üz-üzə gəlib. "Trottarvöllur" stadionunda baş tutan qarşılaşmada komandamız rəqib qapısından 3 cavabsız top keçirərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası I təsnifat mərhələsi, cavab oyunu 16 iyul 

"Vestri" – "Qarabağ" 0:3

Qol: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zakaria Savo, 56. Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (hamısı Çexiya). Reykyavik. "Trottarvöllur" stadionu. (İlk oyun – 0:3).

"Vestri": 1. Marvin Darri Steynarsson, 22. Elmar Atli  Qardarsson (k), 13. Albert İnqi Yohansson, 3. Edson, 45. Qudmundur Pall Eynarsson, 77. Seriqne Fall, 18. Marino Steynar Haqbardsson, 7. Yakob Stensson, 14. Birkir Eydal, 11. Yohannes Selven, 19. Emmanuel Dua

"Qarabağ": 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 5. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər