UEFA Avropa Liqasının Liqa mərhələsində 6-cı tura bu gün bir oyunla start verilib.
Fanat.Az xəbər verir ki, turun açılış oyunu Türkiyədə baş tutub.
“Fənərbağça” klubu evdə “Atletik Bilbao” ilə üz-üzə gəlib.
İspaniya təmsilçisi İstanbulda inamlı qələbə qazanıb.
Qeyd edək ki, Liqa mərhələsində 6-cı turun qalan görüşləri sabah keçiriləcək. Azərbaycan təmsilçisi "Qarabağ" İsveçdə "Elfsborq"la münasibətlərinə aydınlıq gətirəcək. UEFA Avropa Liqası Liqa mərhələsi, 6-cı tur 11 dekabr
“Fənərbağça” (Türkiyə) - “Atletik Bilbao” (İspaniya) 0:2 Qollar: Uilyams, 5; 45.