AL: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bilindi

AL: "Neftçi", "Keşlə" və "Sumqayıt"ın potensial rəqibləri bilindi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi” və "Keşlə”nin ilkin təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 3-ə enib.
 
Fanat.Az xəbər verir ki, Bakı klubları Şimali Makedoniyanın "Şkupi”, Albaniyanın "Laçi” və Gürcüstanın "Dinamo” (Batumi) komandalarından biri ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Paytaxt təmsilçiləri səpələnmişlər səbətində yer aldıqları üçün aşağı reytinqli komandalarla üz-üzə gələcəklər. 
 
Səpələnməmişlər səbətindəki "Sumqayıt" isə Rumıniyanın "Universitatya Krayova", Qazaxıstanın "Kayrat", Şimali Makedoniyanın "Şkendiya" və Serbiyanın "Baçka Topola" klublarından biri ilə qarşılaşacaq. 
 
Qeyd edək ki, klublarımızın rəqibləri avqustun bu gün baş tutacaq püşkatmadan sonra bilinəcək.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər