AL: "Arsenal" pley-offda!

AL: "Arsenal" pley-offda!

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 2-ci turdan təxirə salınmış oyun keçirilib.

Fanat.Az xəbər verir ki, “Arsenal” Londonda PSV-ni qəbul edib. 

İngiltərə təmsilçisi rəqibini Cakanın yeganə qolu sayəsində məğlub edərək, liderliyini möhkəmləndirib.

"Arsenal" 4 oyundan maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. 7 xalı olan PSV isə 2-ci pillədə qərarlaşıb. Beləliklə, “topçular” pley-off-a vəsiqəni təmin edib.

A qrupunda Norveçin “Bude-Qlimt” və İsveçrənin “Sürix” komandaları da mübarizə aparır.

Avropa Liqası, qrup mərhələsi 2-ci turdan təxirə salınmış oyun

20 oktyabr

A qrupu

Arsenal (İngiltərə) – PSV (Niderland) 1:0 Qol: Caka, 71

Xal: Arsenal – 12, PSV – 7, Bude-Qlimt – 4, Sürix – 0.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər