Çağırış Kuboku: "Murov" Avstriya klubunu "quru hesab"la yendi

Çağırış Kuboku: "Murov" Avstriya klubunu "quru hesab"la yendi

Kişi voleybolçulardan ibarət "Murov" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın “UVC Qrats” kollektivi ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin "quru hesab"lı qələbəsi ilə yekunlaşıb - 3:0 (25:13, 25:18, 25:20).

Komandalar arasında cavab oyunu sabah Bakı Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" komandası ilə qarşılaşmış “Murov” hər iki matçda qalib gəlib - 3:0 (25:19, 25:18, 25:20) və 3:1 (23:25; 25:18; 25:20; 25:17).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər