Çağırış Kuboku: "Azərreyl" növbəti mərhələdə

Çağırış Kuboku: "Azərreyl" növbəti mərhələdə

Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, komanda 1/32 final mərhələsinin cavab matçında Slovakiya təmsilçisi "Slaviya" ilə üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində keçirilən qarşılaşma "dəmiryolçular"ın inamlı qələbəsi ilə başa çatıb - 3:0 (26:24, 25:14, 25:21).

İlk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi iki görüşün nəticəsinə əsasən 1/16 finala yüksəlib.

Qeyd edək ki, "Azərreyl" növbəti mərhələdə Almaniyanın "VFB Suhl Thüringün" komandası ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər