"Arsenal" klubu afrikalı milyarder tərəfindən alına bilər.
Fanat.Az xəbər verir ki, Afrikanın ən varlı şəxslərindən biri sayılan Nigeriyalı milyarder Aliko Danqote yaxın vaxtlarda İngiltərənin "Arsenal" klubunu alacağından əmin olduğunu bildirib.
"Qarşıdakı 3-4 il ərzində "Arsenal"ı alacağımdan şübhəm yoxdur. Pul problem deyil. Ancaq bəzi məqamlar var ki, onları gözləyirəm. Məsələ "Arsenal"ın alınmasında deyil, biznesin davam etdirilməsindədir. Lakin klubu yeni səviyyəyə qaldırmaq istəyim var. Mənim biznesim uğurludur və futbol biznesində də uğur qazanacağıma inanrıam", — deyə 80-ci illərdən "Arsenal"a azarkeşlik edən Danqote bildirib.
"Blumberq"in məlumatına görə, 59 yaşlı Aliko Danqotenin varidatı 10,9 milyarda bərabərdir. Ancaq digər mənbədə iyuna olan göstəricilərə görə, onun varidatı 15,1 milyard dollar təşkil edir.
Xatırladaq ki, "Arsenal"ın əsas səhmdarı olan Sten Kronke klubun 67% səhmlərinə sahibdir. Rusiyalı özbək milyarder Əlişir Usmanovda isə paketin 23%-i var.
Fanat.Az