Afrika Millətlər Kubokunda növbəti diqqətçəkən olay qeydə alınıb.
Fanat.Az xəbər verir ki, Komor adaları millisi Kamerunla 1/8 final qarşılaşmasına qapıçısız çıxıb.
Sözügedən yığmanın əsas qolkiperi Səlim Ben-Buana zədəli olduğu üçün sifariş edilməyib. Daha əvvəl koronavirusa yoluxmuş qapıçılar - Əli Aamada və Moyad Hüsseyni isə hazırda karantindədirlər.
Maraqlıdır ki, Aamadadan bu gün götürülən COVİD-19 testinin nəticəsi mənfi çıxsa da, Afrika Futbol Konfederasiyası onun komandasına kömək etməsinə icazə verməyib.
Hazırda ilk yarısı oynanılan görüşdə Komor adaları seçməsinin "çərçivə"sı müdafiəçi Şakir Əl-Hadura tapşırılıb. Oyunda hesab açılmayıb.