Afrika Çempionlar Liqasının qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, finalda üz-üzə gələn Tunisin "Esperans" və Misirin "Əl-Əhli" klubları arasındakı cavab matçında birincilər 3:0 hesablı qələbə qazanıb. İlk matçda isə Misir təmsilçisi 1:0 hesablı qələbəyə sevinmişdi.
Bununla da "Esperans" tarixində üçüncü dəfə Afrika Çempionlar Liqasının qalibi olub. Komanda bundan əvvəl 1994 və 2011-ci illərdə turnirin qızıl medallarını qazanmışdı. Tunis təmsilçisi bu uğurla turnirdə ölkəsinin ən titullu komandasına çevirilib.
Finalçı "Əl-Əhli" isə turnirin ən titullu komandasıdı. Misir klubu indiyədək 8 dəfə Afrika Çempionlar Liqasının qalibi olub, 4 dəfə finalda uduzub.
Fanat.Az