AFFA-ya şübhəli oyunlarla bağlı bir neçə məktub daxil olub

AFFA-ya şübhəli oyunlarla bağlı bir neçə məktub daxil olub
AFFA-nın şübhəli oyunlarla bağlı anonim e-mailinə bir neçə məktub daxil olub.
Bu barədə "Report”un sorğusuna cavab olaraq milli assosiasiyanın mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, il ərzində şübhəli matçlarla bağlı AFFA-ya az sayda məktub daxil olub və hamısı araşdırılıb: 
"Lakin onların sayı, hansı subyektlərlə bağlı olduğu və məlumatın təsdiqini tapıb-tapmaması məxfi olduğu üçün açıqlaya bilmərik. Ümumilikdə, şübhəli oyunların sayı azalıb”.
Qeyd edək ki, danışılmış oyunlarla bağlı anonim e-mail bu ilin martında AFFA-nın XXV Hesabat Konfransında istifadəyə verilib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər