AFFA uşaq futbolu ilə bağlı vebinar keçirəcək

AFFA uşaq futbolu ilə bağlı vebinar keçirəcək
AFFA "Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar təşkil edəcək.
 
Fanat.Az xəbər verir ki, sentyabrın 11-də, saat 13:00-da AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçiriləcək vebinarda aşağıda qeyd olunan mövzularla bağlı təqdimat olacaq: 
 
- Postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma
- Dözümlülük məşqləri
- Fiziki və funksional dəyişikli spesifik futbol məşqləri
- Sürət və çeviklilik məşqləri
- Güc məşqləri
- Gənc oyunçuların meydandakı performansının dəyərləndirilməsi
- Kiçik oyunlar ilə məşqin zamanının bölünməsi
 
Vebinarda iştirak etmək istəyən aşağı yaş qrupları üzrə klubların məşqçiləri dəvətlidir.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər