AFFA türk futbolçunu milliləşdirir

AFFA türk futbolçunu milliləşdirir
Türkiyənin "Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycan millisinə dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə 24 yaşlı yarımmüdafiəçinin özü "Hürriyet” nəşrinə bildirib. O, təklifə müsbət yanaşdığını deyib: "Təklif gəldiyi doğrudu. Düşünürəm və isti baxıram. Millidə oynamağı hər kəs istər. Əlbəttə, Türkiyə yığmasının formasını geyinmək istərdim. Ancaq Azərbaycan millisində də oynamaq da qürurverici olar".
Qeyd edək ki, Hasan Hüseyin Acar karyerasına 2011-ci ildə "Eskişəhərspor”da başlayıb. 2015-ci ildə "Göztəpə"yə, 2016-cı ildə "Tokatspor"a icarəyə verilən futbolçu ötən il "Kayserispor”a keçib. O, ötən mövsüm Türkiyə Super Liqasında keçirdiyi 17 oyunda 3 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər