AFFA Samir Həsənovu 1 illik cəzalandırdı

AFFA Samir Həsənovu 1 illik cəzalandırdı
AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin "Standard” – "Star Karqo” matçında baş verən hadisələrlə bağlı qərar çıxarıb. 
Fanat.Az xəbər verir ki, görüşün 30-cu dəqiqəsində "Standard"ın oyunçusu Samir Həsənov aqressiv davranış, hakimi təhqir, hakimə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, İntizam Komitəsi onu bir il müddətinə yarışlardan kənarlaşdırılıb. 
38-ci dəqiqədə isə "Star Karqo”nun üzvü Mahmud Novruzov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Ona 4 oyunluq cəzala verilib. 
Qeyd edək ki, görüş "Standard”ın 8:5 hesablı qələbəsi ilə yekunlaşıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər