AFFA Quliyevin tələblərini yerinə yetirməyə hazırlaşır - SON DURUM

AFFA Quliyevin tələblərini yerinə yetirməyə hazırlaşır - SON DURUM

Bu aralar millinin baş məşqçi postuna namizədlərlə danışıqlara daha çox vaxt ayıran AFFA rəsmilərinin növbəti hədəfi müəyyənləşib.

 

 

Fanat.Az-a verilən son məlumata görə, assosiasiya "Rostov”dan "Spartak”a qayıdan Ayaz Quliyevlə bağlı açıq qalan məsələni nöqtələməyə çalışacaq.

 

Rusiyanın U-21 yığmasının formasını geyinən yarımmüdafiəçini Azərbaycan yığmasında oynamağa razılaşdırmaq isə o qədər də asan missiya deyil. Quliyev 500 min dollar və Bakıda ev tələbi irəli sürüb. Tərəflər bu yöndə razılığa gələ biləcəyi halda ən yaxın gələcəkdə Ayazı milli formada görə bilərik.

 

Qeyd edək ki, Qurban Qurbanov yığmanı çalışdırdığı dönəmdə gənc orta xətt oyunçusunun pul müqabilində milliyə cəlb olunmasına qarşı çıxıb və onunla şəxsən əlaqə saxlamayıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər