AFFA Quba komandasını Yüksək Liqadan kənarlaşdırdı

AFFA Quba komandasını Yüksək Liqadan kənarlaşdırdı
AFFA İntizam Komitəsi futzal üzrə Yüksək Liqada çıxış edən "Premier” komandasını çempionatdan kənarlaşdırıb. 
Fanat.Az-ın məlumatına görə, buna Quba təmsilçinin mövsümdə üçüncü dəfə texniki məğubiyyət alması səbəb olub. Son olaraq, EKOL-la görüşdə meydana çıxmayan komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa "Premier" Azərbaycan Kubokunda 1/8 final mərhələsinin "Red Line" ilə ilk oyununa da çıxmadığı üçün eyni hesablı məğlubiyyətə düçar olub. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər