"2020-ci ildə futbol ictimaiyyətini yaxşı hadisələr gözləyir. Bu il ölkəmiz üçün maraqlı olacaq. Həm AVRO-2020, həm də Tokio Yay Olimpiya Oyunları keçiriləcək".
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün işə başlayan qurumun növbədənkənar Konfransında deyib.
O, Azərbaycan idmançılarının xalqımızı sevindirəcəklərinə inam ifadə edib.
R.Abdullayev Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib.
Fanat.Az