AFFA oyunun gec başlamasına görə "Keşlə"ni cərimələdi

AFFA oyunun gec başlamasına görə "Keşlə"ni cərimələdi
AFFA İntizam Komitəsi "Keşlə" klubunu 800 manat məbləğində cərimələyib. 
Fanat.Az xəbər verir ki, səbəb IX turda "Qəbələ" ilə ev oyununun gec başlamasıdır. 
Qarşılaşma paytaxt təmsilçisinə görə 2 dəqiqə yubanıb və klub bunun üçün cəzalandırılıb. 
Qeyd edək ki, qarşılaşma "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə bitib. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər