AFFA-nın növbədənkənar Konfransı işə başladı

AFFA-nın növbədənkənar Konfransı işə başladı
Bu gün "Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb. 
Fanat.Az xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı iştirakçıları AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxacaq, eləcə də digər məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, növbədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər