AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubsuz qaldı

AFFA-nın milliləşdirmək istədiyi futbolçu klubsuz qaldı
Rumıniyanın "Universitatya" klubu 2019/2020 mövsümündə icarə əsasında "Keşlə"də çıxış etmiş Sezar Meza Kolli ilə yollarını ayırıb. 
 
Fanat.Az xəbər verir ki, bu barədə "Prosport.ro" saytı məlumat yayıb. 
 
Xəbərə görə, 29 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. 
Qeyd edək ki, Sezar Meza Kollinin klubla müqaviləsi 2021-ci ilin yayında başa çatmalı idi. AFFA paraqvaylı oyunçunu milliləşdirmək istəyir. Yarımmüdafiəçinin yenidən "Keşlə" ilə müqavilə imzalayacağı gözlənilir. Sezar Meza Kolli "Keşlə"də 2013 - 2016 və 2018-ci ildə də çıxış edib. O, eyni zamanda 2016/2017 mövsümündə "Zirə"nin formasını geyinib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər