AFFA-nın milliləşdirmək istədiyi futbolçu "Feyenoord"la müqavilə bağlayır

AFFA-nın milliləşdirmək istədiyi futbolçu "Feyenoord"la müqavilə bağlayır
Hollandiyanın "Feyenoord" klubu milli komandamıza dəvət olunması gözlənilən Orkun Kökcü ilə yeni müqavilə imzalayır.
Fanat.Az xəbər verir ki, klub rəhbərliyi gənc futbolçu ilə 5 illik anlaşma imzalamaq niyyətindədi.
18 yaşlı yarımmüdafiəçi cari mövsümdən "Feyenoord"un əsas heyətində çıxış edir. Erediviziyada 6 oyuna çıxıb 2 qol vuran futbolçu Hollandiya Kubokunda keçirdiyi 1 matçda 1 dəfə fərqlənib. Son olaraq "Vitess"lə çempionat matçında 76 dəqiqə oynayan futbolçu komandasına bir xal qazandıran qola imza atmışdı.
 
Qeyd edək ki, Hollandiya və Türkiyə vətəndaşlığı olan Orkun Kökçü ötən mövsüm "Feyenoord"un U-19 komandasında çıxış edib. Yarımmüdafiənin mərkəzində oynayan futbolçu 2017/18 mövsümündə 42 oyuna çıxaraq 17 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu mövsüm isə artıq 8 oyuna çıxaraq 3 qol vurub və 2 məhsudar ötürmə edib.
Orkun Kökçünün qardaşı Azərbaycanın U-21 millisində çıxış edir. O, daha öncə qardaşı kimi milli komandamızı seçəcəyini istisna etməyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər