AFFA müdaxilə etdi, "Neftçi" rəhbərliyi geri çəkildi - QALMAQAL

AFFA müdaxilə etdi, "Neftçi" rəhbərliyi geri çəkildi - QALMAQAL
"Neftçi"nin Səlahət Ağayevi əvəzedici komandaya göndərməsi barədə xəbər vermişdik. 
Kluba yaxın mənbədən Fanat.Az-a verilən məlumatda bildirilirdi ki, son turlardakı xal itkilərinə və çempionluq şansının itirilməsinə görə "günahkar" axtarışında olan klub rəhbərliyi milli komandanın əsas qapıçısını "günah keçisi" elan edərək mövsümün sonunadək əvəzedici komandaya göndərib. Məlumatda qeyd edilirdi ki, son iki turda qapını Aqil Məmmədov qoruyacaq.
AFFA müdaxilə etdi, "Neftçi" rəhbərliyi geri çəkildi - QALMAQAL
Əldə etdiyimiz məlumata görə, Fanat.Az-ın informasiyasından sonra əməlli-başlı qalmaqal yaranıb. Belə ki, Səlahət özü də milli komandanın qapıçılarla işləyən məşqçisi Dmitri Kramarenkoya vəziyyətlə bağlı məlumat verib.
Kramarenko isə öz növbəsində AFFA rəhbərliyini bu barədə məlumatlandıraraq bildirib ki, bir ay sonra əhəmiyyətli oyunlara çıxacaq millinin əsas qapıçısı ilə bağlı belə bir qərarın verilməsi yalnışlıqdı.
AFFA müdaxilə etdi, "Neftçi" rəhbərliyi geri çəkildi - QALMAQAL
AFFA rəhbərliyinin məsələyə müdaxiləsindən sonra "Neftçi" geri çəkilib və Ağayev əsas komandanın məşqlərinə qaytarılıb. Qolkiper "Qəbələ" ilə səfərə aparılıb. Sabah onun meydana çıxması gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər