AFFA millimizə daha bir "cırtdan" tapdı

AFFA millimizə daha bir "cırtdan" tapdı

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib. Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, komandamız Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək. Görüş martın 26-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüşə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər