AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı

AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə salındı
AFFA Lisenziyalaşdırma Komissiyasının iclası təxirə  salınıb. 
Bu barədə "Report"a Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib. 
O bildirib ki, bəzi məsələlər UEFA və klublarla dəqiqləşdirilməli, daha sonra yekun qərar hazırlanaraq, Lisenziyalaşdırma Komissiyasına təqdim edilməlidi: 
"Pandemiyaya görə qurumlar iki aya yaxın işləmirdi. AFFA və klublar da iki aya yaxın karantin dövründə idi. Ona görə də müəyyən sənədlərin daha dəqiq yoxlanılmasına ehtiyac var. Bu, elə də ciddi problem deyil".
Federasiya rəsmisi Lisenziyalaşdırma Komissiyasının iclasının iyunun 17-də və ya 18-də ola biləcəyini sözlərinə əlavə edib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər