AFFA liqalardakı təxirəsalmanı martın 27-dək uzatdı

AFFA liqalardakı təxirəsalmanı martın 27-dək uzatdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən oyunlarının təxirəsalınma müddəti martın 27-dək uzadılıb.
Fanat.Az milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinə şamil olunub. 
Səbəb kimi bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərarın qüvvədə olma müddətinin martın 27-dək uzadılması göstərilib. 
Qeyd edək ki, AFFA liqalarda oyunların təxirə salındığına dair ilk qərarlarını martın 3-də və 5-də açıqlayıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər