AFFA "Karpatı"nın forvardıyla danışıqlara nə vaxt başlayacaq? - ÖZƏL

AFFA "Karpatı"nın forvardıyla danışıqlara nə vaxt başlayacaq? - ÖZƏL
Ukrayna "Karpatı”sının 18 yaşlı hücumçusu Mixail Xodukin AFFA-nın diqqətini çəkib.
 
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ilk müsahibəsini saytımıza verən və Azərbaycan yığmasında oynamaq istəyini açıqlayan gənc forvardla danışıqlar məlum səbəbdən yaranan durğunluq dönəmi bitəndən sonra başlayacaq.
Qeyd edək ki, Mixail Xodukin "İnter”ə (indiki "Keşlə”) Azərbaycan çempionluğu qazandırmış Valentin Xodukinin nəvəsidi. Mixail "İnter”inin yetirməsidi və Bakı klubunun aşağı yaş qrupu üzrə komandalarında çıxış edib. 
Bu isə o deməkdi ki, "bütün uşaqlığım Bakıda keçib, mənə doğma olan şəhəri beş barmağım kimi tanıyıram” deyən oyunçunun milli formanı geyinməsində hər hansı əngəl olmayacaq.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər