AFFA iki komandaya texniki məğlubiyyət verdi

AFFA iki komandaya texniki məğlubiyyət verdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 
Fanat.Az xəbər verir ki, toplantıda aşağı yaş qrupu üzrə çempionatlarda baş vermiş neqativ hallar müzakirə edilib.
Xüsusən də, U-13 Qızlar Liqasında iki komanda sərt şəkildə cəzalandırılıb. UGİM (Şəki) – UGİM (Qax) matçında birincilər oyunun 15-ci dəqiqəsində meydanı özbaşına tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyətə düçar olub.
Həmçinin "Qabaqçöl” (Balakən) – UGİM (Qax) qarşılaşmasında "Qabaqçöl” eyni cəza ilə üzləşib. Buna səbəb Balakən təmsilçisinin heyətində yetərsay olmamasıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər