AFFA İK-nın toplantısını niyə bayram ərəfəsinə "sürüşdürür"? - SƏBƏB

AFFA İK-nın toplantısını niyə bayram ərəfəsinə "sürüşdürür"? - SƏBƏB
AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasının ləngidilməsinin daha bir səbəbi məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, fevralın 27-də saytımıza toplantının yaxın 10 gün ərzində keçiriləcəyini rəsmən açıqlayan qurum planında dəyişiklik etməyi uyğun sayıb.
Yoldaşlıq görüşlərinə sayılı günlər qalsa da, futbol başbilənləri  bayram ab-havasından faydalanmaq niyyətindədi. İK-nın növbəti yığıncağında təsdiqlənməsi nəzərdə tutulan qərarlar futbol başbilənləri arasında bu günlərdə bir daha müzakirə edilib. Ümumi rəyə əsasən toplantının bayram ərəfəsinə salınması məqsədəuyğun sayılıb.
AFFA bu yolla medianın təzyiqindən böyük ölçüdə qurtulmaq, başı milli bayramın hazırlığına qarışan futbolsevərlərin informasiya almağa az vaxt sərf etdiyi günlərin birində mümkün qədər səs-küysüz iclas keçirməyi hədəfə alıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər