AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Fanat.Az xəbər verir ki. bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Mehtiyeva 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Rusiya - Bolqarıstan matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də Ximki şəhərində gerçəkləşəcək.
Fanat.Az