AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR

AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
 
1. AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin strukturu dəyişdirilsin.
- Avstriyalı mütəxəssis, sabiq FIFA referisi, FIFA və UEFA hakim-inspektoru, UEFA Konvensiya meneceri, FIFA və UEFA RAP (Hakimlərə Dəstək Proqramı) təlimatçısı Fritz Stuxlik yeni strukturun rəhbəri təyin olunsun.
- Yeni struktur Hakimlər və Hakim-İnspektorlar Komitəsi adı altında fəaliyyət göstərsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsi birbaşa AFFA-nın İcraiyyə Komitəsinə tabedir və rübdə 1 dəfə İcraiyyə Komitəsinin üzvlərinə hesabat xarakterli məruzə etsin.
- Hakimlər və Hakim-İnspektorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi komitə rəhbərliyinə həvalə olunsun.
 
2. Klubların lisenziyalaşdırılması prosesi ilə bağlı aşağıdakı təklif qəbul olunsun:
- Əvəzedici komandanın yarışlarda iştirakı meyarı "A" dərəcədən "B" dərəcəli meyara keçirilsin. Meyarın tələbini yerinə yetiriməyən klublara cərimə tətbiq olunsun.
Fanat.Az
 
AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR AFFA İcraiyyə Komitəsini hansı qərarları qəbul etdi? - FOTOLAR
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər