AFFA hakimi döyən məşqçiyə bir illik cəza verdi

AFFA hakimi döyən məşqçiyə bir illik cəza verdi
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "Füzuli" komandasının məşqçisi Xəqani Quliyevi bir il yarışlardan kənarlaşdırıb. 
Fanat.Az xəbər verir ki, Quliyev "FC Baku" ilə matçın 68-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılarkən referiyə qarşı fiziki təsir göstərib. 
Görüş başa çatdıqdan sonra isə "Füzuli"inin futbolçusu Habib Məmmədli hakimlər briqadasını təhqir edərək onlara tüpürüb. Buna görə də Məmmədli 6 oyunluq cəzalanıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər