AFFA Bakı klubuna 2400 manat cərimə kəsdi

AFFA Bakı klubuna 2400 manat cərimə kəsdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

  

Fanat.Az xəbər verir ki, toplantıda Premyer Liqanın 17-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

  

Premyer Liqanın 17-ci turunun "Səbail” – "Sabah” matçı meydan sahibi "Səbail”in səhlənkarlığı səbəbindən 1-ci hissə 3, 2-ci hissə 9 dəqiqə gec başlayıb. Bununla bağlı, Hakimlər-Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

  

Bunu nəzərə alaraq İntizam Komitəsi 23-№li protokola aşağıdaki qərarı əlavə edib:

  

Matçın başlama saatını təyin olunduğu vaxtdan və fasilədən sonra gecikdirdiyinə görə "Səbail” klubu 2400 manat cərimə olunub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər