AFFA Ayxan Abbasovla Mehdi Cənnətovun cəzasını açıqladı

AFFA Ayxan Abbasovla Mehdi Cənnətovun cəzasını açıqladı
AFFA İntizam Komitəsi Topaz Premyer Liqasında XX turun "Sumqayıt” - "Neftçi” matçında baş verənlərlə bağlı cəzalarını açıqlayıb. 
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov 1, qapıçı Mehdi Cənnətov 3 oyunluq diskvalifikasiyaya məruz qalıb. 
Cənnətov 78-ci dəqiqədə aqressiv davranışı səbəbindən birbaşa qırmızı vərəqə alıb. Abbasov isə 85-ci dəqiqədə texniki zona qaydalarını pozub. Klub qapıçısına görə 2400 manat, baş məşqçisinə görə isə 800 manat cərimələnib. 82 və 84-cü dəqiqələrdə isə yerli azarkeşlər meydana kənar əşyalar atıblar. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb. 
Bundan başqa "Sumqayıt"ın 4, "Neftçi"nin 8 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, klublar hərəyə 800 manat cərimələniblər. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər