AFFA "AVRO-2020"nin bilet satışına başlanacağı tarixi açıqladı

AFFA "AVRO-2020"nin bilet satışına başlanacağı tarixi açıqladı
2020-ci il Avropa çempionatının final mərhələsinə bilet satışına iyunun 12-də başlanacaq. 
Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında çempionatın startına 500 gün qalmasına dair yerləşdirilmiş yazıda bildirilir. 
Nüfuzlu yarışın qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68700 nəfərlik arenada oyunlar müvafiq olaraq, 13 iyun, 17 iyun, 21 iyun və 4 iyulda keçiriləcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər